Allahşükür Paşazadə ilə Patriarx Kirillin görüşü oldu – YENİLƏNİBbackend

Allahşükür Paşazadə ilə Patriarx Kirillin görüşü oldu - YENİLƏNİB

Rusiyanın paytaxtında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş olub.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, görüş zamanı Patriarx Kirill siyasi amillərin münaqişə tərəflərinin razılığa gəlməsinə mane olduğunu deyib:

“Söhbət hərbi münaqişənin aradan qaldırılmasından gedirsə, burada siyasi faktor mövcud olur və bu amil də danışıqları mürəkkəbləşdirir. Bəzən dini nöqteyi-nəzərdən baxdıqda insanların nəyə görə bir-birlərinə etibar edə bilməmələri bizə sadəcə anlaşılmaz görünür. Onlar ona görə etibar edə bilmirlər ki, siyasi maraqlara toxunulur”.

Patriarx Kirillin sözlərinə görə, dini liderlərin bu kimi problemləri müzakirə etməkdə bir üstünlüyü var. Onları ortaq cəhətlər – Allaha inam və əxlaqi dəyərlər sistemi, bir-birlərinə olan etibar birləşdirir və bu da çox əlverişli atmosfer yaradır:

“Tanış olduğumuz bu 30 il ərzində bizi bir-birimizdən ayıran və gərginlik yaradan bir dənə də olsun, hadisə yaşanmayıb. Hər zaman müzakirə etdiyimiz məsələlərin həllini tapmışıq”.

18:13

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş başlayıb.

KONKRET.az xəbər verir ki, görüş Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında keçirilir.

Koronavirus pandemiyasına görə QMİ sədri və Rusiya Patriarxının görüşü mətbuatın iştirakı olmadan keçirilir.

Qeyd edək ki, Allahşükür Paşazadənin oktyabrın 11-də Rusiya Federasiyasına səfəri başlayıb. Səfər çərçivəsində QMİ sədri sabah Patriarx Kirill və bütün ermənilərin katalikosu II Qareginin iştirakı ilə üçtərəfli görüşdə iştirak edəcək. Oktyabrın 14-də isə Şeyxülislam Azərbaycanın Rusiyadakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasiminə qatılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*