MSK YAP üzvünün namizədliyini qeydə almadı – SƏBƏBbackend

MSK YAP üzvünün namizədliyini qeydə almadı - SƏBƏB

Yeni Azərbaycan Partiyasının (YAP) öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş üzvünün namizədliyi qeydə alınmayıb.

KONKRET.AZ xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib ki, namizədliyini 96 saylı Göranboy-Naftalan seçki dairəsindən irəli sürmüş Topçuyev Azər Yusif oğlu öz sənədlərini dairə seçki komissiyasına təqdim etməkdən imtina edib.

O bildirib ki, dairə seçki komissiyasına inanmadığı üçün sənədlərini DSK-ya təqdim etməyib və daha sonra valideynlərinin iştirakı ilə sənədlərini təqdim edəcəyini bildirib. Lakin valideyinləri gəlsə də, namizəd yenə də sənədlərini təqdim etməyib. Belə olan halda dairə seçki komissiyası onun namzədliyini qeydə almayıb. Lakin namizəd sonradan Mərkəzi Seçki Komissiyasına müraciət edərək namizədliyinin qeydə alınmamasından şikayət edib.

MSK müraciətə baxaraq namizədin müraciətinin əsassız olduğunu bildirib və DSK-nın qərarını qüvvədə saxlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*