“Sonuncu dəfə Türkiyəyə getməmişdən əvvəl evində gördüm, görüşdük. Müalicəyə getmək istəmirdi. Sonradan vəziyyəti kritik oldu, razılaşdı getməyə”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında mərhum Xalq artisti Rasim Balayevin qardaşı Rasəddin Balayev deyib.
O qeyd edib ki, böyük ümidlə Rasim Balayevin yolunu gözləyirdilər:
“Bədən zəifləmişdi, ona görə də qarşısını ala bilmədik. Böyük itkidir. Tək bizim yox, xalqın itkisidir”.
Qeyd edək ki, Rasim Balayev İstanbulda yerləşən “Memorial” xəstəxanasında 77 yaşında dünyasını dəyişib.
