ABŞ prezidenti Donald Tramp bildirib ki, İrandan sonra növbəti hücum Kubaya olacaq.
KONKRET.az xəbər verir ki, o bildirib:
“Kuba növbəti hədəfimizdir. Bu ölkə xaos içindədir, uğursuz bir dövlətdir. Qısa müddət ərzində çökəcək və biz də ona kömək üçün orada olacağıq”, – o qeyd edib.
Trampdan ABŞ-ın İrana quru qoşunları göndərib-göndərməyəcəyi soruşulduqda isə o belə cavab verib:
“Mənim çoxsaylı alternativlərim var.”
Dünən isə məlumat yayılıb ki, ABŞ Sahil Mühafizəsi təxminən 730 min barel neft daşıyan Rusiya tankerinin Kubaya daxil olmasına əngəl yaratmayacaq. ABŞ hakimiyyəti patrul katerlərinə tankeri saxlamaq əmri verməyib. Analitiklərin fikrincə, bu gəminin gəlişi Kubaya neft ehtiyatları tükənməzdən əvvəl ən azı bir neçə həftə vaxt qazandıracaq.
Müşviq Tofiqoğlu
KONKRET.az
