“Müəllimlər hədlərini tez-tez aşır” – Ciddi ittihambackend

“Müəllimlər hədlərini tez-tez aşır” - Ciddi ittiham

“Pedaqoji fəaliyyətini icra edən istər müəllimlər, istərsə də tərbiyəçilər bəzən xarakterlərini peşəsində əks etdirir”.

KONKRET.az xəbər verir ki, bunu müəllim və şagirdlər, tərbiyəçi və azyaşlı uşaq münasibətləri ilə bağlı qalmaqallı videoları şərh edərkən psixoloq Gülər Məmmədova deyib.

“İnsan öz peşəsinin psixofiziologiyasını idarə etməlidir. Yəni insanın peşəsi ondan tələb olunan davranışı sərgiləməyə vadar edir. Əgər sən tərbiyəçisənsə, uşaqlarla işləyirsənsə, uşaqların inkişaf dinamikasını nəzərə almalı, ona uyğun rəftar etməlisən. Yox, əgər xarakterin peşəni üstələyirsə, o zaman münasibətlərdə də xarakterini sərgiləyəcəksən”, – deyə Gülər Məmmədova qeyd edib.

Psixoloqun sözlərinə görə, insan xarakterinin bəzi neqativ xüsusiyyətlərini korreksiya edə bilmirsə, o zaman idrakında və təfəkküründə çox böyük çatlar yaranır.

“Azyaşlı uşağı mütəmadi olaraq vurmaq, sərt reaksiya göstərmək əslində, insanın zəifliyindən yaranır, hiss və emosiyalarını idarə edə bilməməyindən qaynaqlanır. Təəssüf ki, tərbiyəçi və pedaqoqlar hədlərini tez-tez aşır”. Yenisabah.az

  • elsad
    Yanvar 21, 2022 - 03:20

    İş axtarırsiz? Düşünürsüz 🤔 Rahat olsun gəliri çox olsun.Amma bele iş yoxdu varsada şərtləri qane etmir.Düsünürsüz bütün işlər beledir səhər 8 de get axşam 6 da gel yorğun stresli iş ortamı gelir 300 AZN . Bunun gezmeyi, yimeyi, komunali,ailelisizse uşağa lazım olanlar və s.Təhsiliniz yoxdu kiminse əlinə baxmag dan bezmisiz pulsuzluqdan bezmisiz.Telebesiz çatdırmırsiz Ehtiyaclar çoxdu.Hara gedirsiz təcrübə və ya adamın yoxdusa götürmürlər.İse girmek üçün rüşvət almadan heç bir təhsil təcrübə tələb etmədən rahat sərbəst pul 💸 qazanmağa dəvət edirəm . Telefonda keçirdiyin boş vaxtını pula çevirin . Necə?🧐 Məne yaz .Men size komek edəcəm☺️ ətraflı məlumat üçün🙂 Arzuladığın həyatı bizimlə gereceklesdin😍 Əlaqə üçün 0556177941 yazın Şəlalə xanım

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*