“Müharibə olmayacaq, sülh olacaq” – Ermənistanda nazirlərdən ardıcıl açıqlamalarbackend

“Müharibə olmayacaq, sülh olacaq” – Ermənistanda nazirlərdən ardıcıl açıqlamalar

Vaşinqtonda gözlənilən sülh sazişi ərəfəsində Ermənistan hökumətində bir neçə nazir ölkənin gələcəyi ilə bağlı optimist açıqlamalar verib.

KONKRET.az xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib:

“Sülh olacaq, müharibə olmayacaq. Kommunikasiyalar açılacaq, iqtisadi inkişaf baş verəcək. Ermənistan böyük beynəlxalq ticarət marşrutunun bir hissəsinə çevriləcək.”

Ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan isə bəyan edib ki, məsələ “dəhliz” deyil, qarşılıqlı prinsip və suverenlik əsasında aparılacaq açılım məsələsidir:

“Dəhliz olmayacaq, olacaq açılma – suverenlik, ərazi bütövlüyü, yurisdiksiya və qarşılıqlılıq prinsipləri əsasında. Müharibə olmayacaq, sülh olacaq.”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə sosial şəbəkədə paylaşdığı qısa, lakin simvolik mesajla mövqeyini bildirib:

“Ermənistan Respublikası üçün, bu gün və sabah üçün, sizin üçün, uşaqlar.”

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*