Müharibənin başlayacağı vaxt açıqlandı: Ən azı 100 min əsgər varbackend

Müharibənin başlayacağı vaxt açıqlandı: Ən azı 100 min əsgər var

“Rusiya Donbasdakı böhrana görə yanvarın sonunda Ukraynaya genişmiqyaslı hücuma hazırlaşır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.

Müdafiə naziri bununla bağlı əllərində kəşfiyyat məlumatlarının olduğunu bildirib.

O.Reznikov ölkəsinin bu hücum planına qarşı hazır olduğunu da vurğulayıb.

“Kəşfiyyatımız bütün ssenariləri, o cümlədən ən pisini təhlil edir.

Rusiyanın ilhaq etdiyi Krımda və Ukraynanın şərqindəki separatçıların nəzarətində olan ərazilərdə təxminən 100 min əsgərinin olduğu təxmin edilir”, – deyə müdafiə naziri əlavə edib. Bizim.Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*