Mülki vətəndaşlar, əsasən də uşaqlı ailələr Xarkov şəhərini tərk etməyə başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri xəbər yayıb.
Sakinlər bildirir ki, regionda vəziyyət kifayət qədər gərgindir və bu səbəbdən Xarkovun özündə də uzunmüddətli həyəcan siqnalları eşidilir.
Partlayışlardan yaranan tüstünün şəhərin şimalında göründüyü iddia edilir.
Burhan,
KONKRET.az