Münaqişənin bütün həll variantlarında Qarabağ Azərbaycanın tərkibində olub – Mirzoyanbackend

Münaqişənin bütün həll variantlarında Qarabağ Azərbaycanın tərkibində olub - Mirzoyan

“Ümumiyyətlə, atəşkəs əldə olunandan sonra (1994-cü ildə – red.) müzakirə olunan bütün variantlar bu və ya digər şəkildə keçmiş Dağlıq Qarabağın Azərbaycanın tərkibində olacağını güman edirdi. Bu, təbii ki, danılmaz faktdır”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunu nəzərdə tutmayan yalnız bir variant müzakirə olunub: “Söhbət Meğrinin dəyişdirilməsindən, yəni Dağlıq Qarabağın Ermənistanın suveren ərazisinin bir hissəsi ilə dəyişdirilməsindən gedir”.

“Sənədlərin dərc olunmasının mümkünlüyünə gəlincə, Ermənistan hakimiyyəti danışıqlar prosesi ilə bağlı olan sənədləri sistemləşdirməyə çalışır. Proses başa çatdıqdan sonra biz riskləri qiymətləndirəcəyik və onların dərc edilib-edilməməsinə qərar verəcəyik. Əslində mən bunları dərc etməyi təklif edirəm, görək onların dövründə nələr müzakirə olunub”, – deyə nazir vurğulayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*