Mustafa Abbasbəyli yenə vəzifəsindən azad olunacaqbackend

Mustafa Abbasbəyli yenə vəzifəsindən azad olunacaq

Azərbaycan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Mustafa Abbasbəyli tutduğu vəzifədən azad olunacaq.

KONKRET.az Gününsesi.info-ya istinadən xəbər verir ki bu barədə adıçəkilən nazirlikdəki mənbə deyib.

Məlumata görə, onunla bağlı nazir Adil Kərimovun qərarı bugünlərdə elan olunacaq.

Qeyd edək ki, Mustafa Abbasbəyli 2024-cü ilin mayında bu posta təyinat almışdı.

Onun hansı səbəbdən nazirlikdən uzaqlaşdırılmasına gəlincə, bu barədə əlavə məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*