“Biz heç vaxt müttəfiqlərimizə xəyanət etməmişik, lakin müttəfiqlərimiz zəifliyimizdən istifadə edərək, müqavilələrə zidd qeyri-dost hərəkətlər etdi”.
KONKRET.az xəbər verir ki, belə bir açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan xalqa bugünkü müraciətində çıxış edib.
“Keçən ilin dekabrında Roma Əsasnaməsini ratifikasiya etmək qərarına gəldik, o zaman anladıq ki, KTMT və digər strukturlar bizim təhlükəsizliyimizə təminat verə bilməz. Roma Statutunun ratifikasiyasının üçüncü tərəfə qarşı yönəlmədiyini vurğulamaq vacibdir”, – deyə baş nazir əlavə edib.
Günel Mikayılova,
KONKRET.az
Tülkülüyə bax, “biz müttəfiqlərimizə xəyanət etməmişik” deyir. Daha bilmir ki, erməni sözü bütün dünyada “xəyanət” mənasında assosiatsiya olunur!