Nabil Fekir özünü ona oxşatdı – “O, futbolu sevdirməyi bacarır”backend

Nabil Fekir özünü ona oxşatdı - "O, futbolu sevdirməyi bacarır"

“Betis”in futbolçusu Nabil Fekir özünü “Barselona”nın kapitanı Lionel Messi ilə müqayisə edib.

KONKRET.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, özünü argentinalı hücumçuyu bənzədib: “Messi ilə oyun stillərimiz oxşardır. Amma gəlin, dəli olmayaq – mən onun kimi yaxşı deyiləm. Bəzi şeylərdə ona oxşarlığım var. Ancaq Messi elə bir oyunçudur ki, insanlar ona baxmaq istəyir. Lionel insanları futbolu sevməyə məcbur edir”.

Qeyd edək ki, Fekir bu ilin yayında 20 milyon avroya “Lion”dan “Betis”ə transfer olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*