Nadir “Ferrari” rekord qiymətə SATILIR – FOTObackend

Nadir "Ferrari" rekord qiymətə SATILIR - FOTO

Almaniyada 1986-cı ildə istehsal olunmuş nadir idman avtomobili “365 GT NART Spyder” 1,3 milyon avroya satışa çıxarılıb.

KONKRET.az Kolesa.kz” nəşrinə istinadən xəbər verir ki, ümumilikdə dünyada cəmi iki belə ekzotik avtomobil var.

Məlumata görə, avtomobillər ABŞ-ın ən böyük “Ferrari” dilerlərindən biri olan “NART”ın təşəbbüsü və layihəsinə uyğun olaraq hazırlanıb.

Qeyd edək ki, avtomobilin konsepsiya müəllifi və layihə rəhbəri Luici Çinettidir.

“365 GT NART Spyder”in mühərrik gücü məlum deyil, lakin satıcı iddia edir ki, avtomobil təxminən altı saniyə ərzində 100 kilometr sürət yığa bilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*