İtaliya A Seriyasının 18-ci turu çərçivəsində “Latsio” – “Napoli” qarşılaşması baş tutub.
KONKRET.az xəbər verir ki, Romanın “Olimpiko” stadionunda keçirilmiş oyun qonaqların 0:2 qələbəsi ilə yekunlaşıb.
Görüşdə qolları Spinatsola və Rrahmani vurublar.
Bu nəticədən sonra “Napoli” 37 xalla turnir cədvəlində 2-ci, “Latsio” isə 24 xalla 9-cu pillədə qərarlaşıb.
