NATO bazası üzərində naməlum dron göründübackend

NATO bazası üzərində naməlum dron göründü

Almaniyanın qərbindəki Qaylenkirhendə (Şimali Reyn-Vestfaliya) NATO aviabazası üzərində naməlum pilotsuz uçuş aparatı görünüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Məlumata görə, PUA bazanın təhlükəsizlik zonasında aşkar edilib. O uçuş zolağının üzərindən aşağı hündürlükdə uçaraq keçib.

Aparatın növü və onun buraxılış qurğusu hələ müəyyən edilməyib.

Qeyd edək ki, Qaylenkirhen aviabazası NATO-nun şərq cinahında hava nəzarəti əməliyyatlarında əsas rol oynayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*