NATO-da Rusiyanın daha aqressiv addımlarına cavab müzakirə olunub.
KONKRET.az xəbər verir ki, Financial Times nəşrinin məlumatına görə, Şərqi Avropa ölkələri NATO daxilində hava məkanının mümkün pozuntularına qarşı daha sərt və vahid reaksiya qaydalarının tətbiqini təklif ediblər.
Mənbələrin bildirdiyinə görə, bu təşəbbüs Rusiya tərəfindən Alyansın hava sərhədlərinin pozulması hallarına cavab tədbirlərini gücləndirməyə yönəlib.
Təklifə əsasən, NATO üzv ölkələrinin pilotları üçün vahid qaydalar müəyyənləşdirilməli və hava məkanının pozulması zamanı hədəflərin vurulması mexanizmi sadələşdirilməlidir.
Müzakirələr alyansın müdafiə nazirləri səviyyəsində davam etdirilir. Məqsəd, Rusiya ilə mümkün qarşıdurmanın qarşısını almaqla yanaşı, NATO-nun hava təhlükəsizliyini təmin etməkdir.
Müşviq Tofiqoğlu
KONKRET.az