NATO Moskvadakı ofisini bərpa etmək istəyirbackend

NATO Moskvadakı ofisini bərpa etmək istəyir

NATO Moskvadakı missiyasının işini, eləcə də Rusiyanın Şimali Atlantika Alyansının Brüsseldəki qərargahında diplomatik mövcudluğunu bərpa etməkdə maraqlıdır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu çərşənbə günü NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Rusiya-NATO Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.

“NATO müttəfiqləri daha dərindən danışıqlar aparmaq, müəyyən təkliflər irəli sürmək və konstruktiv nəticələr əldə etmək üçün Rusiya nümayəndələri ilə yenidən görüşməyə hazırdırlar.

Qarşılıqlı fəaliyyətə gəlincə, NATO müttəfiqləri mülki və hərbi kommunikasiya kanallarını inkişaf etdirmək imkanlarını axtarmaqda, eləcə də Moskva və Brüsseldəki missiyalarımızın işini bərpa etmək imkanlarında maraqlıdırlar”, – deyə Stoltenberq bildirib.

“Rusiyanın NATO-dakı diplomatik missiyasını və NATO-nun Moskvadakı ofisini bağlamasından  təəssüflənirik. Biz açıq şəkildə bildirdik ki, həm Rusiyanın NATO-dakı missiyasını, həm də NATO-nun Moskvadakı ofisini bərpa etmək istəyirik, çünki dialoqa inanırıq. Bizə əsaslı dialoq lazımdır”, – deyə Stoltenberq əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*