“Bu ölkələr NATO-ya qoşulmalıdır” – Qrant Şapps backend

"Bu ölkələr NATO-ya qoşulmalıdır" - Qrant Şapps 

Britaniyanın müdafiə naziri Qrant Şapps neytral ölkələri NATO-ya üzv olmağa çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

Qeyd olunub ki, söhbət ilk növbədə İrlandiya, Malta, Avstriya və İsveçrədən gedir.

Qrant Şappsın sözlərinə görə, NATO-nun “nüvə çətirindən” istifadə edən neytral ölkələr alyansa qoşulmalıdır.

“Mən təkid edəcəyəm ki, NATO-ya alyansın müdafiəsindən faydalanan hər kəs daxil olsun. Bəzi Avropa ölkələri blokun mövcudluğundan səmərəli şəkildə faydalanır, azadlığın faydalarından istifadə edir, lakin qitənin kollektiv mühafizəsinə qoşulmur”, deyə o əlavə edib.

Burhan,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*