“Türkiyənin pilotsuz təyyarələri Ukrayna-Rusiya müharibəsində böyük rol oynayır. Məncə, onlar müasir müharibələrdə edilə biləcək yeniliklərin yaxşı nümunəsidir”.
KONKRET.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu NATO Baş katibinin yeni yaradılan təhlükəsizlik problemləri üzrə köməkçisi David van Vil deyib.
Onun sözlərinə görə, Ukrayna-Rusiya müharibəsi müasir texnologiya ilə aparılır. Yeniliklər artıq ordudan deyil, mülki və startap şirkətlərindən gəlir.
İqbal Rzayev,
KONKRET.az