Naxçıvan şəhərində dəm qazı ailə faciəsinə səbəb olub.
KONKRET.az Apa-ya istinadla xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib.
Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1947-ci il təvəllüdlü Məmmədov Niftalı Məmməd oğlu dünyasını dəyişib.
Evdə olan nəvələri – 2020-ci təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər.
Onlar Naxçıvan Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
***
Naxçıvan şəhərində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsi, ev 12 ünvanında qeydə alınıb.
Nəticədə Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1994-cü il təvəllüdlü Məsimov Oruc Məhərrəm oğlu ölüb.
Onun övladları – 2020-ci il təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
