Naxçıvanda yanğın: 3 polis tüstüdən zəhərləndi backend

Naxçıvanda yanğın: 3 polis tüstüdən zəhərləndi 

Naxçıvan şəhərində yanğın baş verib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, yanğın şəhərin Nəcməddin Naxçıvani küçəsində olub.

Hadisə yerinə Naxçıvan Muxtar Respublika Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin, eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb edilib.

Yanğın zamanı 3 polis əməkdaşı zəhərlənib, vəziyyətləri sabitdir. Artıq yanğın tam olaraq söndürülüb, soyutma işləri aparılır.

Hadisənin qarşısını almaq üçün 5 yanğınsöndürən maşın cəlb edilib.

Yanğın yaxınlıqdakı evlərə də keçib.

İlkin araşdırmalara görə, yanğına səbəb qısaqapanma olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*