Aparıcı Zaur Baxşəliyev efirdə müğənni Nazənin Salayevanı pərt edib.
KONKRET.az bizim.media-ya istinadla xəbər verir ki, hadisə sənətçinin qonaq olduğu “Zaurla Günaydın” verilişində yaşanıb.
Proqramın aparıcısı Zaur “Sən heç zaman bura əli boş gəlməzdin” deyərək Nazəninə atmaca atıb.
Baxşəliyevin bu sözlərinə Salayeva belə reaksiya verib:
“Bayaq içəri girən kimi deyirəm ki, ilk dəfədir əliboş gəlirəm. Buna görə məni geri qaytaracaqlar. Amma sizi gözləyirlər. Bütün “paypuş”larınız oradadır (studiyadan kənarda)”.
Noldu? Bəs Zauru imam övladı etmişdiniz. Deməli, əliboş qonaq görəndə çin atına minirmis, hə?
Buyurun, bu da sizin gülməsəkər aparıcınız..