Nazir silahla görüntüləndi – FOTObackend

Nazir silahla görüntüləndi – FOTO

Polşanın ədliyyə naziri Zbiqnev Ziobro belində silahla görüntülənib.

KONKRET.az xəbər verir ki, Polşada mədən qəzasında həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyarkən Ziobronun belindəki “Glock” markalı silah əks olunub.

Görüntü yayıldıqdan və sosial mediada tənqid edildikdən sonra mövzu ilə bağlı açıqlama verən Ziobro, illər əvvəl bir mafiya  liderinin onu təhdid etdiyi üçün silah lisenziyası aldığını bildirib.

“Hər bir vətəndaş kimi mənim də özümü və ailəmi qorumaq hüququm var” – nazir deyib.

Ziobro onu da əlavə etdi ki, heç də həmişə əlində silah olmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*