Nazir yeni rəis təyin etdibackend

Nazir yeni rəis təyin etdi

Goranboy rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin olunub.

KONKRET.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, nazirliyin daxili xidmət mayoru Taleh Əhməd oğlu Meyvalıyev sözügedən idarənin rəisi təyin olunub.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Qeyd edək ki Taleh Meyvalıyev buna qədər Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*