Nazirlik hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçdibackend

Nazirlik hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və qurumları 17-19 fevral tarixlərində respublika ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

KONKRET.az xəbər verir ki, nazirliyin tabeliyində olan qurumlara xidmətlərin fasiləsizliyinin təmin edilməsi üçün əlavə zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib.

Bura məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili üzrə müvafiq tədbirlərin görülməsi daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*