Neft bahalaşdı: Pensiya və müavinətlər artırılır?backend

Neft bahalaşdı: Pensiya və müavinətlər artırılır?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov neftin bahalaşması fonunda pensiya və müavinətlərin artırılmasına yenidən baxılması təklifinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, deputat Pravda.az-a açıqlamasında deyib ki, əmək pensiyaları hər il əvvəlki ildə orta aylıq əməkhaqqındakı artım tempinə uyğun olaraq indeksləşdirilib artırılır.

“Yəni növbəti ilin yanvar ayında da əmək pensiyaları yenidən indeksləşdirilərək artırılacaq. Artım faizi 2025-ci ildə orta aylıq əməkhaqqıdakı artım faizinə uyğun müəyyənləşdiriləcək. 2025-ci ildə orta aylıq əməkhaqqı respublika üzrə nə qədər artacaqsa, pensiyalar da buna uyğun yanvar ayından indeksləşdirilərək artırılacaq. Bu, yaşa, əlilliyə, valideyni itirməyə görə əmək pensiyası alan bütün vətəndaşlarımızı əhatə edəcək. Sosial paket bütün hallarda dərinləşir. Neftin dünya bazar qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq 2025-ci ildə 5 illik sosial paketin icrasını müşahidə edirik. Bu istiqamətdə 1,4 milyard manat əlavə vəsait ayrılıb. Sosial paket 3 milyon vətəndaşımızı əhatə edir. Buna görə də sosial paket 2025-ci ildə cənab Prezidentin müəyyənləşdirdiyi istiqamətlərə uyğun icra edilir. Bütövlükdə daha çox vətəndaşlarımızı əhatə edir” –  deputat bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*