Suriyada partlayış: Ərdoğandan sərt reaksiya…backend

Suriyada partlayış: Ərdoğandan sərt reaksiya…

Suriyanın yenidən qeyri-sabitliyə sürüklənməsinə icazə verməyəcəyik.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan deyib.

“Qonşu və qardaş Suriyanın proksi terror təşkilatları tərəfindən yenidən xaos və qeyri-sabitliyə sürüklənməsinə izn verməyəcəyik. Suriya xalqının və hökumətinin yanındayıq. Terrorla mübarizədə onlara dəstək verəcəyik”- Türkiyə prezidenti bəyan edib.

Qeyd edək ki, ötən gün Suriyanın paytaxtı Dəməşqdə kilsələrin birinə terror hücumu baş verib. Hadisə nəticəsində 20-dən çox insan həyatını itirib, onlarla xəsarət alan var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*