Neft bazarında şok qərar: OPEC+ hasilatı artırır, qiymətlər çökürbackend

Neft bazarında şok qərar: OPEC+ hasilatı artırır, qiymətlər çökür

Bu gün OPEC+ razılaşmasının 8 üzv ölkəsinin nazirləri onlayn iclasda neft bazarındakı mövcud vəziyyəti müzakirə edəcək və gələcək hasilat siyasətinə dair qərar verəcəklər.

KONKRET.az musavat.com-a istinadla xəbər verir ki, artıq müzakirələrin mövzusu qismən məlumdur. Belə ki, Bloomberg mənbələrinin verdiyi məlumata görə, OPEC+ sazişinin liderlərindən biri olan Səudiyyə Ərəbistanı bazar payını bərpa etmək üçün OPEC+ üzvləri tərəfindən neft hasilatının artırılması prosesini sürətləndirməyə çalışır.

Ər-Riyadın artıq digər üzvlərlə hasilatın artırılması məsələsini müzakirə etdiyi bildirilir.

Qeyd edək ki, səkkiz OPEC+ ölkəsi tərəfindən hasilatın azaldılmasına dair sutkada 2,2 milyon barrel olan məhdudiyyətlər aprel-avqustda tam aradan qaldırılıb. Gündə 1,65 milyon barel səviyyəsində olan digər məhdudiyətin 2026-cı ilin sonuna qədər aradan qaldırılması planlaşdırılsa da, Səudiyyə Ərəbistanının onun da vaxtından əvvəl qaldırılmasını, hasilatın daha sürətlə artırılmasını tələb etdiyi bildirilir.

Ötən həftəni qiymət düşməsi ilə başa vuran neft bazarı üçün hasilatın daha sürətli artımı qərarı ciddi neqativ effektə səbəb ola bilər. Xatırladaq ki, Brent markalı etalon neft həftəni 65,5 dollarla başa vurub ki, bu da həftəlik azalma deməkdir. Hazırda dünya bazarında neft artıqlığı olduğu bir şəraitdə OPEK+un hasilatı artırmaq qərarı qiymətləri 60 dollara qədər azalda bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*