KONKRET.az xəbər verir ki, Neftçala rayon Xolqarabucaq kəndində ağır yol-qəza hadisəsi baş verib.
Sürücü Xudaverdi Allahverdiyevin idarə etdiyi və içərisində xeyli mal-qara olan “Ford Transit” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Xeyli sayda mal-qara tələf olub, sürücü və çobanlar xəsarət alıb. Qeyd edək ki, sözügedən avtomobil rayonda fəaliyyət göstərən Okuklu Holding şirkətinin balansındadır.
Hadisənin təfərrüatlarını KONKRET.az-da izləyin