Neslican Tayın sözləri aforizmə çevrildi – FOTObackend

Neslican Tayın sözləri aforizmə çevrildi - FOTO

Xərçəng xəstəliyinə qarşı apardığı mübarizə ilə gündəmə gələn Neslican Tayın həyat dolu fikirləri insanların yaddaşından silinmir.

KONKRET.az xəbər verir ki, 21 yaşında dünyasını dəyişən gənc qızın “bəlkə də itirəcəyəm, amma savaşaraq itirəcəyəm” sözlərini Özcan Erkul adlı sürücü dəyərləndirib. O, idarə etdiyi mikroavtobusun sərinişinlər enən hissəsində bu fikrin qeyd olunduğu lövhə asıb.

Sürücü bildirib ki, Neslican Tay bizə ümidün nə olduğunu öyrədib:

“Sentyabrın 20-si müalicə olunduğu xəstəxanada həyatını itirən Neslican Tayın yaşam mübarizəsini hamı bilməlidir. Yer üzündən çox güclü bir qadın getdi. Onun ruhunu yaşatmaq üçün insanların daim qarşılaşdığı yerə onun bizə öyrətmiş olduğu heç vaxt məğlub olmamaqla bağlı fikirlərini yazdım”.

Özcan Erkul deyir ki, Neslican Tay sosial mediada onsuz da tanınır. Lakin bu yazını oxuyan insanlar onun haqqında araşdırma edirlər. Hətta elə sərnişinlər olub ki, onlara Neslican Tay tanıtdığım üçün mənə “çox sağ ol” deyiblər.

 

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*