“Turan” İnformasiya Agentliyi fəaliyyətini dayandırdıqdan sonra analitik məqalələrlə çıxış etmək niyyətim var idi. Hələlik buna başlamamışam, nəzərdə tutduğumuz planlarda da bir yenilik yoxdur.
KONKRET.az bildirir ki, bunu Teleqraf-a açıqlamasında fəaliyyətini dayandırmış “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev deyib.
Sabiq direktor hazırda istirahət etdiyini söyləyib: “Universiteti bitirdikdən sonra ilk dəfədir istirahət fürsəti qazanmışam. Tələbəlikdən sonra işlədiyim müddətdə məzuniyyətə belə çıxmamışam. İndi isə istirahət edirəm, daha çox nəvəmlə vaxt keçirirəm, ev-eşik işləri ilə məşğul oluram”.
Mehman Əliyev deyib ki, hələlik heç bir fəaliyyəti planlamır.
“Layihəmiz, hədəfimiz, ümumiyyətlə ortada konkret heç bir şey yoxdur”, – o qeyd edib.
Xatırladaq ki, “Turan” İnformasiya Agentliyi 1990-cı il may ayında yaradılıb. Agentlik bu ilin fevralın 13-də fəaliyyətini dayandırıb.
