Nəvəsinin toyuna gedən kişini maşın vurub öldürdübackend

Nəvəsinin toyuna gedən kişini maşın vurub öldürdü

İyulun 18-də Qəbələnin Zarağan kəndi ərazisində maşın vurması nəticəsində xəstəxanaya yerləşdirilən 1943-cü il təvəllüdlü, rayonun Əmirvan kənd sakini Vəliyev Sədiyar vəfat edib.

KONKRET.az xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, ağır xəsarətlər alan 78 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Yaxınlarının verdiyi məlumata görə, S.Vəliyev qəzanın baş verdiyi gün oğul nəvəsinin qız toyuna gedirmiş.

Bildirilib ki, əsgərlikdən yeni gələn nəvənin toyu avqusta planlaşdırılsa da, babanın istəyi ilə erkən tarixə, iyul ayına keçirilib. O, toya gedərkən yolda maşından düşüb, aptekdən dərman almaq istəyib.

Bu zaman taksi fəaliyyəti ilə məşğul olan, 99-RG-496 dövlət nömrə nişanlı, VAZ-2199 markalı maşın yolu keçən S.Vəliyevi vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*