“New York Times” qəzetində dərc olunan məqalədə Camal Qaşıqçının öldürülməsi iddiası ilə bağlı verilən qərara sərt reaksiya göstərilib.
KONKRET.AZ xəbər verir ki, dekabrın 24-də Səudiyyə Ərəbistanı Prokurorluğu Camal Qaşıqçının öldürülməsi ilə bağlı 11 müttəhimin mühakimə olunduğu məhkəmə prosesində hökmləri elan edib.
Prokurorluğun məlumatına görə, məhkəmə 5 müttəhimin ölümünə, 3-nün 24 il müddətinə azadlıqdan məhrum edilməsinə və digər 3 müttəhimin isə azadlığa buraxılmasına qərar verib.
“New York Times” qəzeti Səudiyyə Ərəbistanı məhkəməsinin qərarını xaincə işlənənən cianayətə yeni bir don geyindirilməsi kimi şərh edib.
“Qaşıqçı hadisəsi ört-basdır olunmaqda davam edir” başlıqlı məqalədə inandırıcı olmayan məhkəmə prosesində cinayətlə bağlı qənaətbəxş qərar qəbul edilmədiyi yazılıb.
“Səudiyyə prokurorlarının Qaşıqçının “ani verilən bir qərar” nəticəsində öldürüldüyü iddiaları, əvvəlcədən planlaşdırılan sui-qəsdin bütün dəlillərinə ziddir” deyə məqalədə qeyd olunub.
Hazırladı: Günel MUSEYİB