Fransanın PSG klubunun hücumçusu Neymar İspaniya “Barselona”sına qayıda bilər.
KONKRET.AZ “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Neymar, cari mövsümün sonunda “Barselona”ya qayıtmaq niyyətindədir.
Neymar FİFA-nın reqlamentindən istifadə edərək klubu təzminat qarşılığında tərk edə bilər. Reqlamentə görə, 28 yaşı tamam olmuş futbolçu bir klubda üç mövsüm keçirdikdən sonra klubu müqavilədə müəyyən olunmuş məbləğ qarşılığında tərk etmə hüququna malikdir.
Neymarın təzminatı 180 milyon avro göstərilir.
Qeyd edək ki, bu yay “Barselona” Neymarı transfer etməyə çalışsa da, Paris təmsilçisi futbolçunu satmaqdan imtina etmişdi.
Xatırladaq ki, Neymar 2013-2017-ci il aralığında “Barselona”da çıxış etmişdi.
Hazırladı: Royal TÜRKSOY