Nigeriyada güclü partlayış oldu, 30 nəfər öldübackend

Nigeriyada güclü partlayış oldu, 30 nəfər öldü

Cənub-şərqi Nigeriyada maye qaz daşıyan avtomobilin partlaması nəticəsində azı 30 nəfər həyatını itirib.

KONKRET.az-ın məlumatına görə, bu barədə yerli “The Nation” qəzeti xəbər yayıb.

Aqbor şəhərindəki yanacaqdoldurma məntəqəsində paylama şlanqında baş verən sızma nəticəsində partlayış baş verib. Partlayış o qədər güclü olub ki, stansiyaya yaxın 30-dan çox evə ziyan dəyib.

Partlayışdan sonra yanğın başlayıb. İnsanların çoxu evlərində ölüb. 17 yaralı ağır yanıq xəsarətləri xəstəxanaya aparılıblar. Hadisə ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*