Nikahdankənar uşaqların sayı artır – Rəsmi açıqlamabackend

Nikahdankənar uşaqların sayı artır – Rəsmi açıqlama

Son 5 ildə Azərbaycanda 82 944 uşaq nikahdankənar doğulub.

KONKRET.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin rəsmi göstəricilərinə əsasən, təkcə ötən il ölkədə qeyri-rəsmi nikahdan olan qadınların dünyaya gətirdiyi körpələrin sayı 13 mini ötüb. 2023-cü ildə isə bu rəqəm 15 mindən, 2022-də 18 mindən çox, 2020-2021-ci illərdə isə bu say ayrı-ayrılıqda 18 minə yaxın olub. Statistikaya 18 yaşadək olan analar tərəfindən dünyaya gətirilən uşaqlar da daxildir.

Bəs körpələrin nikahdankənar doğulmasının səbəbi nədir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məsələyə belə münasibət bildirilib:

“Ölkə üzrə nikahdankənar doğulan uşaqların sayında son 3 ildə nisbətən azalma müşahidə edilir. Müsbət tendensiya ailənin cəmiyyətdəki rolunun möhkəmlənməsi, ailələrin rifahının yaxşılaşdırılması istiqamətində aparılan normativ-hüquqi islahatların, eləcə də valideyn məsuliyyətinin gücləndirilməsi və gənclərə milli-mənəvi dəyərlərin aşılanması ilə bağlı ardıcıl olaraq aparılan fəaliyyətin nəticəsidir”.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*