Nişandan qayıdarkən qəzada ölən ANAMA əməkdaşının – Fotosubackend

Nişandan qayıdarkən qəzada ölən ANAMA əməkdaşının - Fotosu

Xəbər verdiyimiz kimi, ötən gün Beyləqanda ölümlə nəticələnən qəza olub.

KONKRET.az “Qafqazinfo”ya istinadla məlumatına görə, rayonun Birinci Şahsevən kəndi ərazində baş vermiş qəza zamanı 1999-cu il təvəllüdlü Ülvi Bariz oğlu Həşimov, 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov və 1999-cu il təvəllüdlü Məhərrəm Elman oğlu Səfərov ağır xəsarətlər alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, qəza nişan mərasimindən qayıdarkən baş verib.

Qəzada ağır xəsarət almış ANAMA əməkdaşı olan qardaşlardan biri – 29 yaşlı Elvin Həşimov həkimlərin göstərdikləri reanimasion tədbirlərə baxmayaraq, xəstəxanada vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*