Nişanına hazırlaşan gənc faciəvi şəkildə öldü – VİDEObackend

Nişanına hazırlaşan gənc faciəvi şəkildə öldü - VİDEO

Şəmkirdə bədbəxt hadisə baş verib.

KONKRET.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə rayonun Qədimqala kəndində qeydə alınıb.

Evdə təmir işləri görən 23 yaşlı gəncin ehtiyatsızlıqdan hasardan yıxılması faciə ilə nəticələnib.

Qohumların sözlərinə görə, ailə ölən gəncin bir gün sonra elçilik və nişan mərasiminin keçirilməsi üçün hazırlıq görürmüş.

Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*