Njdenin Xocavənddəki heykəli Azərbaycanı nəyə vadar edir? – ƏTRAFLIbackend

Njdenin Xocavənddəki heykəli Azərbaycanı nəyə vadar edir? - ƏTRAFLI

Son günlər ölkə gündəmini məşğul edən məsələlərdən biri də erməni-faşist ideologiyasının müəllifi Qaregin Njdenin Xocavənd rayonundakı heykəlidir. İndiki vaxtda bu məsələni Azərbaycanın gündəminə gətirilməsi təsadüfi deyil. Bunun konkret məqsədi var. Amma ilk öncə bu erməni gədəsi və onun xəstə “fəlsəfəsi” haqqında bəzi fikirlərimi deyim.

Njde 1 yanvar 1886-cı ildə Naxçıvan yaxınlığında anadan olub. Onun əsl adı Qaregin Ter-Arutyunyandır. Erməni ideoloqları bu gün də bu fikri təbliğ edirlər ki, Qaregin Njde bütün “şüurlu həyatını” türk təhlükəsinə qarşı mübarizəyə həsr edib. Gənc ikən Bolqarıstanda Osmanlı qüvvələrinə qarşı vuruşub. Deyilənə görə,  “Balkan Xalqlarının Qəhrəmanı” titulunu alıb.1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqrımın ən fəallarından biri olub. Zəngəzur bölgəsində minlərlə soydaşımızın qətlində bilavasitə iştirak edib. Erməni-faşist ideologiyasının müəllifi Böyük Vətən Müharibəsində könüllü şəkildə almanların tərəfinə keçib. Və Üçüncü Reyxlə əməkdaşlıq edib. Qaregin Njde müharibədən sonra Sovet hökuməti tərəfindən həbs edilib və Vladimirsk həbsxanasında ölüb.

Njde fəlsəfəsi erməni millətçiləri tərəfindən bu gün də dəstəklənir və təbliğ edilir. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistan millətçiləri yenidən bu ideologiyaya sığınıblar. Və revanşizm xəyalları qururlar. Bu gün bütün erməni mediası onun ideyasını təşviq edir. Onlar bu sərsəm ideyanın yaradıcılarına son dərəcə dözümlülük göstərir və yeri gəldikcə dəstək olur.

Njde fəlsəfəsinə qarşı çıxan istənilən erməni xalq düşməni elan edilir. Xatırlayaq ki, İrəvanda fəaliyyət göstərən və Njde fəlsəfəsinin mif olduğunu davamlı şəkildə təbliğ edən “A1 Plus” televiziyası 2000-ci ildə o vaxtkı prezident, Njde ideologiyasının daşıyıcısı Robert Koçaryanın bilavasitə göstərişi ilə qapadıldı. Ondan sonra bu ideologiyanın əleyhinə gedən mətbu orqan qalmadı. Çox təəssüf ki, Ermənistan mətbuatı hazırda nasistlərin təsiri altındadır.

Bəs bu nasistlərin məqsədi nədir? Erməni milli ideologiyasının mahiyyəti tərəfdarları qələbə və məğlubiyyətdən yorulmamağa çağrmaq, türk təhlükəsinə qarşı hər zaman hazır olmağı təbliğ etməkdir. Yəni “bu məğlubiyyət hər şeyin sonu deyil”.

  • Bu ideologiyanın ikinci əsas hədəfi Ermənilərin ali irqi olduğunu təbliğ etməkdir. Əslində “Njdeizm” ideologiyasının son mərhələsi bu tezisə nail olmaqdır. Yəni dənizdən-dənizə, Los-Ancelesdən Beyruta qədər böyük erməni dövləti yaratmaq və dünyanı idarə etmək.

Ona görə də ağlı başında olan insan bu hədəfin xülya olduğu və heç bir reallığa çevrilmək şansının olmadığını anlamalıdır. Ancaq Ermənistanda insanları “tarixi ədalətə” istiqamətləndirən, hər kəsi bu yolda xüsusi bir siyasi əhəmiyyətə malik olduğuna inandırmağa çalışan bütöv bir təbliğat sənayesi yaradılıb. Bu nasistlər erməni soyqırımının kifayət qədər ölkələr tərəfindən tanınmasının Ermənistan ərazilərinin geri qaytarılmasına töhfə verəcəyini iddia edirlər. Reallığın özünü deyil, istəklərini və qərəzlərini əks etdirən bir yalanı təbliğ edirlər.

Ermənistan cəmiyyətində erməni mifləri mövzusunda demək olar ki, heç vaxt müzakirələr aparılmayıb. Yaratdıqları miflərin dağılması qorxusundan rasional mübahisələrin elə metafizik səs-küylə qarşılayırlar ki, qarşı tərəf ən azı fiziki mövcudluğu üçün susmaq məcburiyyətində qalır. Məsələn, bir erməni vətənpərvərinə izah etməyə çalışırsınız ki, ölkənin ambisiyaları ölkənin imkanları ilə uyğun gələ bilməz. O  həmən cavab olaraq Qaregin Nijdedən sitat gətirir ki, “qələbəni ruhuna taxan insan hər zaman qalib gəlir”.

Təsadüfi deyl ki, payız müharibəsindən bir neçə gün sonra görkəmli “politoloqlardan” biri məğlub əsgəri əfsanə əsgərin prototipi kimi elan etdi. “Nə deməsi lazım idi? Erməni əsgərinin heç bir epik əfsanə yaratmadığını? Bütün siyasi mübahisələrimiz axmaq iddialarla  doludur. Lakin hər şey ağıllı Ermənistan liderlərinin iradəsindən asılıdır”. Cəmiyyətin müəyyən dairələri ideoloji və mədəni ambisiyaları qızışdırmaqda maraqlıdır. Çünki “erməni məsələsi” bir çox insanlar üçün əlverişli biznesdir. Bu adamların siyahısında ermənilər də var, qeyri-ermənilər də. Təsadüfi deyil ki, bu gün həm Ermənistanda, həm də xarici ölkələrdə hələ də Dağlıq Qarabağ münaqişəsinin bitmədiyini və bu mübarizədə müvəqqəti atəşkəs olduğunu təbliğ edir.

Müharibəyə başlamaq cəsarəti və gücü olmayan ermənilər çıxış yolunu Azərbaycanı təxribata çəkməkdə görürlər. Yəni azərbaycanlılar Xocavəndə hücum etsin, heykəli dağıtsın və bir xeyli də dinc əhali qırılsın. Beləcə, atəşkəs pozulsun. ATƏT-in Minsk qrupu yenidən fəallaşsın, Azərbaycanlıların “etibarsızlığını” görən Rusiya yenidən Ermənistanı qətiyyətlə müdafiə etsin. Son nəticədə 10 noyabr anlaşması pozulsun və 6 ay əvvəlki status-kvo bərpa edilsin. Bax, bütün erməni faşistlərinin hazırdakı əsas hədəfi budur.

Ona görə də Qaregin Njdenin abidəsini unutmalı, irəli baxmalıyıq. Onsuz da biz əsas məqsədimizə çatmışıq. Ölkəmizin ərazi bütövlüyünü bərpa etmişik. Daha nə istəyirik? Əslində ermənilər bu cür təxribatları ilə Qarabağda ermənilərin yaşamaq şansını tükəndirirlər. Qoy olsun…

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*