“Atletiko” Norveç yığmasının hücumçusu Aleksandr Sörlotun transferini açıqlayıb.
KONKRET.az xəbər verir ki, tərəflər arasında 4 illik müqavilə imzalanıb.
Sörlot “Vilyarreal”dan transfer olunub. 28 yaşlı forvardın transfer qiyməti ilə bağlı məlumat verilməyib. Madrid klubu ukryanalı hücumçu Artyom Dovbikin keçidini həll edə bilmədikdən sonra digər variantı seçib.
Qeyd edək ki, son mövsümüm “Vilyarreal”da keçirən Aleksandr 41 oyunda 26 qol və 6 ötürmə ilə yadda qalıb.