“Növbəti addımda anklavlar, daha sonra Zəngəzur təhvil veriləcək” – Srbazanbackend

"Növbəti addımda anklavlar, daha sonra Zəngəzur təhvil veriləcək" - Srbazan

İki gün əvvəl Berkaber sakinləri ilə görüşən düşmən (Paşinyanı nəzərdə tutur) yenə də dövlətin bütün sərhədinin tikintisini, dövlətin varlığını bir neçə kəndlinin çiyninə vəzifə və məsuliyyət kimi qoyub.
Konkret.az “hraparak.am” saytına istinadən xəbər verir ki, bunu Baqrat Srbazan Davitaşendə yerli sakinlərlə görüşdə deyib.
Onun sözlərinə görə, bir insanın bütün Vətənin varlığına görə məsuliyyəti bir neçə kənd sakininin çiyninə qoyması aldatmaqdan başqa bir şey deyil:

“Növbəti addım anklavların, daha sonra Zəngəzurun (Sünik) təhvil verilməsi olacaq. Şeytan (Paşinyanı nəzərdə tutur), şər həyatımızı tərk etməlidir, yaxşılıq qalib gəlməlidir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*