“O xəbəri kimsə özündən çıxarıb” – Ağstafanın icra başçısı DANIŞDIbackend

"O xəbəri kimsə özündən çıxarıb" - Ağstafanın icra başçısı DANIŞDI

İddialara görə, Ağstafa rayonunun icra başçısı Seymur Orucov parlament seçkilərində iştirak etmək istəyib, lakin yuxarı dairələr onu bu niyyətindən çəkindirib. Beləki, icra başçısı postunu deputat mandatına dəyişmək istəyən Seymur Orucova Ağstafa rayonuna başçılıq etdiyi müddət ərzində heç bir tutarlı fəaliyyətinin olmaması və bu faktın özünün onun əleyhinə işlədiyi bildirilib.  

KONKRET.az xəbər verir ki, demokrat.az-a açıqlamasında Seymur Orucov məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, bunlar boş və əsassız iddialardır:

“O xəbəri kimsə özündən çıxardıb bəlkə gündəm yaratmaq istəyir, bilmirəm. Belə görünür ki, mənim şəxsi nüfuzuma xələl gətirmək üçün atılan böhtandır. Mən Cənab Prezident İlham Əliyevin sərəncamı ilə təyin olunmuşam. İcra başçısı gedib özbaşına deputat olur? 

Bunlar hamısı absurd və yalan xəbərlərdir. Bu xəbəri yayanlar şər-böhtan atan adamlardır. Hamısı qəti yalandır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*