Oğuzda qarşısına at çıxan avtomobil qəza törətdi – Yaralananlar varbackend

Oğuzda qarşısına at çıxan avtomobil qəza törətdi - Yaralananlar var

Oğuzda qarşısına at çıxan avtomobil qəzaya düşüb, xəsarət alanlar var.

KONKRET.az xəbər verir ki, rayonun Kərimli kənd sakini 1960-cı il təvəllüdlü Teymur Möhöbbət oğlu Nurəliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan atı vurub.

Nəticədə idarəetmədən çıxan avtomobil kanala aşıb.

Qəza zamanı sürücü və onun sərnişini, 1984-cü il təvəllüdlü Zarifa İzzatova Şaxsadinovna xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*