Oğuzda qəza: Xəsarət alanlar varbackend

Oğuzda qəza: Xəsarət alanlar var

Oğuz rayonunda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2107″də olan iki sərnişin – 1961-ci il təvəllüdlü Kəmalə Cabbar qızı Qaziyeva və 1998-ci il təvəllüdlü Şəlalə Cövdət qızı Rəsullu xəsarət alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*