Oktyabrın sonu bu bürclər “çekpot” effekti yaşayacaq – Pul yağışı gəlirbackend

Oktyabrın sonu bu bürclər "çekpot" effekti yaşayacaq - Pul yağışı gəlir

Astroloqlar bu ayın son günlərində bəzi bürclərin maliyyə baxımından “ulduzlarının parlayacağını” bildiriblər.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, oktyabrın sonuna doğru bürclərin enerjisi dəyişir və bəzi zodiak nümayəndələri üçün böyük fürsət qapıları açılır.

Astroloji proqnozlara görə, bu dövrdə xüsusilə maddi qazanc, çekpot qazanmaq, yaxud uğurlu investisiya qərarları kimi hadisələr mümkündür.

Müxtəlif mənbələrin analizlərinə əsasən, oktyabrın sonunda ən şanslı bürclər bunlardır:

Tərəzi 

Oktyabrın son günlərində tərəziləri həm iş, həm də ortaq layihələr vasitəsilə gözlənilməz gəlir gözləyir. Astrologlar bu dövrü “pul və harmoniya” mərhələsi adlandırırlar.

Oğlaq

Sabitlik və səbrin qarşılığını almaq vaxtıdır. Oğlaqlar üçün oktyabrın sonu gəlirli təkliflər, mükafatlar və bəzən də “çekpot” effekti yaradan hadisələrlə dolu ola bilər.

Buğa 

21 oktyabrdan sonra buğalar üçün “böyük maliyyə dalğası” başlayır. Bəzi astroloqlar buğa bürcünü ayın “pul maqneti” adlandırır.

Əqrəb

Əqrəblər üçün həm riskli, həm də qazanc dolu dövrdür. Doğru qərar və instinkt bu bürcün nümayəndələrini böyük maliyyə qələbəsinə apara bilər.

Astroloqlar xəbərdarlıq edirlər: ulduzlar yolu göstərir, amma addımı insan özü atır. Şansın qapısı açıqdır – sadəcə, fürsəti görmək və hərəkətə keçmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*