Ölkə ərazisində yağış nə vaxtadək davam edəcək?backend

Ölkə ərazisində yağış nə vaxtadək davam edəcək?

“Ölkə ərazisində yağıntılı hava şəraitinin bu gün günorta saatlarından sonra tədricən kəsiləcəyi gözlənilir”.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu açıqlamanı Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova sorğuya cavab olaraq verib.

O qeyd edib ki, respublika ərazisində yağıntılı hava şəraiti davam etməkdədir.

“Hazırda hansı bölgələrə nə qədər yağıntının düşməsi hesablanır. Bununla bağlı əlavə məlumat veriləcək”, – deyə G.Məmmədova bildirib.

Qeyd edək ki, bir neçə gündür ki, ölkə ərazisində hökm sürən yağıntılı hava şəraiti həm bölgələrdə, həm də paytaxtda ciddi fəsadlara yol açıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*