Göygöl rayonunda ötən gün aşkar olunan meyitin şəxsiyyəti müəyyən edilib.
KONKRET.az DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımova istinadən xəbər verir ki, meyiti tapılan şəxs Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan Şərqiyyə Məmmədovadır.
E.Qasımov bildirib ki, ekspertiza Ş.Məmmədovanın ürək tutmasından öldüyünü təsdiqləyib.(report)