Ölkədə küləyin sürəti güclənir – FAKTİKİ HAVAbackend

Ölkədə küləyin sürəti güclənir - FAKTİKİ HAVA

Oktyabrın 10-u saat 18:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Konkret.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Naftalanda 28, Tərtər, Goranboyda 27, Göyçay, Ağdamda 24, Mingəçevir, Bakıda və Abşeron yarımadasında 21, Şəki, Ağdamda 20, İsmayıllı, Zərdab, Bərdədə 18, Sabirabad, Şahdağda 17, Gədəbəy, Gəncədə 16, Kəlbəcərdə 15 m/s-dək güclənir.

Quba, Qusar, Şabranda isə arabir yağış yağır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*