Xəbər verdiyimiz kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin qız nəvəsinin toy mərasimi keçirilib.
KONKRET.az xəbər verir ki, Ramiz Mehdiyevin Novxanıda yerləşən dəbdəbəli bağ evində təşkil olunan toy mərasimində bir sıra yüksək vəzifəli şəxslər iştirak ediblər.
Yayılan görüntüləri izlədikcə toya çağırılan qonaqların Ramiz Mehdiyevin dəbdəbəli villasına heyran qaldığını görməmək mümkün deyil. Məsələn, Ramiz Mehdiyevin villasının bahalı çilçıraqları toyda iştirak edən digər qonaqlar kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun həyat yoldaşı Səbinə Əliyevanı da valeh edib. Onun bahalı çilçıraqlara heyranlığını yayılan görüntülərdən də aydın müşahidə etmək olur.