Onlayn satılan konservləşdirilmiş qidalar təhlükəlidirmi?backend

Onlayn satılan konservləşdirilmiş qidalar təhlükəlidirmi?

Sosial şəbəkələr həm də satış platformasına çevrilib. Bir çox məhsulların satışı “Instagram”, “TikTok” və digər sosial şəbəkələr üzərindən həyata keçirilir.

KONKRET.az bildirir ki, satış prosesinə birbaşa nəzarət olmadığından, məhsulun keyfiyyəti də sual altındadır. Xüsusilə bəzi qidalar var ki, tərkibi və saxlanma şəraiti düzgün olmadıqda, ağır fəsadlar verə bilər.

Ev şəraitində hazırlanan məhsullar daha çox qış aylarında istifadə olunur. Bəzi insanlar meyvə və tərəvəzləri təkcə mövsümündə deyil, digər aylarda da istifadə etmək üçün həmin məhsulları məişət şəraitində konservləşdirirlər.

Ekspert Eyyub Hüseynov deyir ki, torpaqla təmasda olan kənd təsərrüfatı məhsullarında təhlükəli bakteriyalar mövcud ola bilər və bu da sağlamlıq üçün təhlükə yaradır.

Daha ətraflı Xəzər TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*